[b]Mövsümün rekordu[/b]
31.03.2016 - 12:41
[b]Mövsümün rekordu[/b]

Topaz Premyer Liqasında III dövrə başa çatıb. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, 2016-cı ilin geridə qalan hissəsinə təsadüf edən 9 turda “Qarabağ” hamıdan üstün olub.

 

22 xal toplayan Ağdam təmsilçisi dövrənin qalibidi. Qurban Qurbanovun yetirmələri 18 xal topladığı II dövrədə də hamını arxada qoymuşdular. Mövsümün ilk 9 turunun ən yaxşısı isə “Qarabağ”ı top fərqində üstələyən “Qəbələ” idi – 20 xal.

 

İkinci dəfə dövrənin ən yaxşısı olan ağdamlılar 22 xal toplamaqla 9 tur üçün mövsümün rekord göstəricisinə imza atıblar. Əyalət klubu dövrədə hamıdan çox qol vurub və ən az top buraxıb. “Zirə” dövrəni heç-heçəsiz, “Rəvan”la “Xəzər Lənkəran” qələbəsiz bitirib.

 

1.

Qarabağ

7

1

1

19-5

22

2.

Zirə

7

0

2

17-9

21

3.

Kəpəz

6

1

2

16-6

19

4.

İnter

4

2

3

8-6

14

5.

AZAL

4

2

3

8-10

14

6.

Qəbələ

4

1

4

8-10

13

7.

Neftçi

3

2

4

8-12

11

8.

Sumqayıt

3

1

5

6-9

10

9.

Xəzər Lənkəran

0

2

7

1-12

2

10.

Rəvan

0

2

7

6-18

-4