[b]MTK – “Qəbələ” oyunu isveçlilərə tapşırıldı[/b]
11.07.2016 - 12:34
Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək MTK – “Qəbələ” qarşılaşmasını idarə edəcək hakimlər bəlli olub. Apasport.az saytının məlumatına görə, matçda ədaləti İsveçdən olan hakimlər qoruyacaqlar.
İyulun 14-də Macarıstanın Dyer şəhərində keçiriləcək görüşdə Boyan Pandjiç baş hakim olacaq. Qarşılaşmanın yan xətt hakimləri Stefan Hallberq və Maqnus Syoblom, dördüncü hakimi isə Mohammed Al-Hakimdi.
Qeyd edək ki, MTK – “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
0
0