[b]Mundiala 13-cü vəsiqə[/b]
08.10.2017 - 16:24
[b]Mundiala 13-cü vəsiqə[/b]

Daha iki komanda DÇ-2018-in final mərhələsinə vəsiqəni təmin edib. Apasport.az saytının məlumatına görə, Afrika və Şimali Amerika təmsilçiləri Nigeriya və Kosta Rika yığmaları mundiala getməyə haqq qazanıb.


Beləliklə seçmə mərhələ yekunlaşmamış Rusiyaya getməsi dəqiqləşən komandaların sayı 13-ə çatıb.

 

Qeyd edək ki, daha əvvəl təşkilatçı ev sahibi Rusiya, Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Almaniya, İngiltərə, İspaniya və Belçika yığmaları dünya çempionatına vəsiqəni təmin edib.