Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi siyahıda 10-cu pillədə yer alıb.
Hesabında 1403 xal olan komandamız neçə vaxtdı qərarlaşdığı mövqeyini qoruyur.
Sabah Kolumbiyada start götürəcək dünya çempionatının 24 iştirakçısı arasında da yığmamız 10-cu nəticəyə malikdi. Çünki cədvəlin ilk pilləsində yer alanların hamısı Kolumbiyada mübarizə aparacaq. Kənarda qalacaq ən yüksək reytinqli komanda isə 12-ci olan Sloveniyadı.
Millimizin qrupdakı rəqiblərindən İspaniya 2-ci, İran 6-cı, Mərakeş 34-cüdü. Ən zəif mundial iştirakçısı isə 51-ci olan Mozambikdi.
DÇ-2016-nın iştirakçıları dünya reytinqində
1. Braziliya - 1933
2. İtaliya – 1920
3. Rusiya - 1724
4. Argentina - 1671
5. İtaliya - 1613
6. İran - 1605
7. Portuqaliya - 1573
8. Ukrayna - 1480
9. Qazaxıstan - 1465
10. Azərbaycan – 1403
11. Paraqvay - 1383
13. Kolumbiya – 1364
14. Tailand – 1362
19. Kosta-Rika - 1282
22. Panama - 1238
23. Misir - 1234
24. Qvatemala - 1227
27. Avstraliya - 1223
28. Özbəkistan - 1217
34. Mərakeş - 1178
40. Kuba - 1071
42. Vyetnam - 1055
45. Solomon adaları - 1039
51. Mozambik - 999