Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında yarımfinal mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk finalçının adına İran – Rusiya matçında aydınlıq gəlib.
Bunadək yarımfinal səddini adlaya bilməyən rəqiblər tarixində ilkə imza atmaq üçün gərgin mübarizədə qalibi müəyyənləşdirib. Əvvəlki 3 cəhdində finala həsrət qalan Rusiya 4:3 hesabı ilə qalib gələrək, tarixində ilk dəfə həlledici matça vəsiqə qazanıb. İran yığması isə 24 il öncəki kimi yenə yarımfinalda dayanıb.
Qeyd edək ki, ikinci yarımfinalçı bu gün keçiriləcək Argentina – Portuqaliya görüşündə müəyyənləşəcək.
Futzal üzrə dünya çempionatı
Yarımfinal
27 sentyabr
İran – Rusiya – 3:4