[b]Nağıyev oynadı, komandası düşmə xəttində[/b]
07.05.2017 - 20:23
[b]Nağıyev oynadı, komandası düşmə xəttində[/b]

Ukrayna Premyer Liqasında XXVIII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, gənclərdən ibarət milli komandamızın oyunçusu Dmitri Nağıyevin formasını geyindiyi “Dnepr” də növbəti oyununu keçirib.

 

Dnepropetrovsklilər “Zirka”ya qonaq olublar. Həmyerlimizin komandası oyunda hesab açsa da, sonradan üstünlüyünü qoruya bilməyib – 1:1.

 

Matça start heyətində başlayan Nağıyev 76-cı dəqiqədə yerini Koquta verib.

 

Qeyd edək ki, aşağı dəstəyə düşməmək üçün mübarizə aparan ikinci altılıqda qərarlaşmış “Dnepr” 28 oyundan sonra 19 xalla 11-ci pillədə və düşmə xəttində yer alıb. Əlavə olaraq bildirək ki, yerli federasiyanın qərarı ilə komandanın 15 xalı silinib.