[b]Namaşko, Simaitis və Quliyev[/b]
18.04.2016 - 10:46
[b]Namaşko, Simaitis və Quliyev[/b]

Topaz Premyer Liqasının cari mövsümündə bütün oyunlarda iştirak edən futbolçuların sayı üçə enib. Apasport.az saytının məlumatına görə, XXX turun “Rəvan”la qarşılaşmasını sarı vərəqə limitini doldurduğu üçün buraxan Aleksey Qay (“Qəbələ”) bütün turların iştirakçılarının siyahısını tərk edib.

 

Bu turadək yalnız 4 oyunçu 29 matçın iştirakçısı olmuşdu. Qayla yanaşı, Tadas Simaitis, Tərlan Quliyev (hər ikisi “Kəpəz”), Stanislav Namaşko (AZAL) bunu bacarmışdı.

 

Sonuncu həm də çempionatın yeganə əvəzolunmazıdı. Həm o, həm də “Kəpəz”in cütlüyü 30-cu turda da meydana çıxıb. Alekseyi arxada qoyduqdan sonra bütün turlarda iştirak edən “üçlük”də Namaşko, Simaitis və Quliyev yer alıb.