[b]Naxçıvanda yeni rekord[/b]
06.05.2017 - 12:55
Azərbaycan kubokunun finalı mövsümün rekordu ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Naxçıvanda keçirilən final matçını 12 min 800 tamaşaçı izləyib.
“Qarabağ” – “Qəbələ” görüşündəki (2:0) bu göstərici mövsümün kubok yarışı üçün yeni rekorddu. Bunadək rekord 5500 nəfərə bərabər idi. 1/4 finalın cavab oyunları çərçivəsində keçirilən “Kəpəz” - “İnter” matçındakı göstərici 2 dəfədən çox yenilənib.
Qeyd edək ki, Premyer Liqanın rekordu kubokdakı göstəricidən daha yüksəkdi. VI turun “Kəpəz” – “Qarabağ” oyununda 14 min 238 seyrçi qeydə alınıb.
0
0