[b]Nazarov çıxdı, komandası uduzdu[/b]
15.04.2017 - 21:52
Almaniya II Bundesliqasında XXIX turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” “Nürnberq” səfərinə yollanıb.
Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matça start heyətində başlayan Dima 67-ci dəqiqədə əvəzlənib. Marqalıdı ki, komandası məğlubiyyət qolunu məhz Nazarov oyundan çıxdıqdan sonra buraxıb.
Qeyd edək ki, 29 oyundan sonra aktivində 32 xal olan “Aue” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
0
0