[b]Dmitri Nazarov ən uğursuz transferlər arasında[/b]
01.03.2017 - 11:04
[b]Dmitri Nazarov ən uğursuz transferlər arasında[/b]

Almaniya II Bundesliqasının XXII turunda “Dinamo Drezden”ə öz meydanında böyük hesabla (1:4) məğlub olan “Aue” yerli mətbuatın tənqid atəşinə tutulub. Apasport.az saytının Almaniya KİV-nə istinadən məlumatına görə, klubun cari mövsümdəki uğursuz çıxışı ilə bağlı araşdırma aparılıb.

 

Həmkarlarımız hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Aue”nin zəif nəticələr əldə etməsinin səbəblərindən biri kimi, transfer siyasətini göstəriblər. Onlar daha çox 3 oyunçunun çıxışından narazılıq bildiriblər. Maraqlıdı ki, həmin futbolçulardan biri də Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovdu. Millimizin aparıcı üzvü ilə yanaşı, digər yarımmüdafiəçi Klemens Fandrix və hücumçu Martin Toşevin də məyusedici oyun ortaya qoyduğu bildirilib. Yerli jurnalistlər çıxış yolunu mövsümün sonunda yeni oyunçuların transferində görürlər.

 

Qeyd edək ki, mövsümün əvvəlində “Karlsrue”dən “Aue”yə keçən Dmitri Nazarovun bu klubla müqavilə müddəti 2018-ci ilin yayına qədərdi.