[b]Nazarov oynadı, komandası məğlubiyyətdən qaça bilmədi[/b]
30.09.2017 - 16:58
Millimizin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi “Aue” klubu Almaniyanın II Bundesliqasında növbəti oyununu keçirib. Apasport.az saytı xəbər verir ki, komanda IX tur çərçivəsində “Union Berlin”i qəbul edib.
Görüş ev sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə nəticələnib.
Start heyətində yer alan Nazarov oyunu əvəzlənmədən keçirib. O, “Aue”nin 73-cü dəqiqədə vurduğu yeganə qolda məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, 9 turdan sonra “Aue”nin aktivində 13 xal var.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0