[b]Nazarovun 84 dəqiqəsi darmadağına əngəl olmadı[/b]
07.05.2017 - 17:45
Almaniya II Bundesliqasında XXXII tur davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun komandası “Aue” də növbəti oyununu keçirib.
“Bənövşəyilər” səfərdə turnir cədvəlinin lideri “Ştutqart”la qarşılaşıblar. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Nazarov oyuna start heyətində başlayıb və 84-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 32 oyundan sonra aktivində 36 xal olan “Aue” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
0
0