Almaniya II Bundesliqasında XXXIII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son oyununda milli komandamızın üzvü Dmitri Nazarovun komandası “Aue” meydana çıxıb.
“Bənövşəyilər” aşağı dəstəyə düşməmək uğrunda mübarizə apardığı, turnir cədvəlindəki qonşusu “Kayzerslautern”i qəbul edib.
Vacib və gərgin şəraitdə keçən matç meydan sahiblərinin minimalhesablı qələbəsi ilə nəticələnib.
Dmitri matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, bu qələbə ilə aktivindəki xalların sayını 39-a çatdıran “Aue” rəqibini qabaqlamaqla yanaşı düşmə xəttindən bir az da uzaqlaşıb və 13-cü pillədə qərarlaşıb.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA