[b]Nənəsinin ölümünü gizlədib, 80 dəqiqə oynadı[/b]
07.06.2016 - 11:53
[b]Nənəsinin ölümünü gizlədib, 80 dəqiqə oynadı[/b]

Argentina yığmasının futbolçusu Anxel di Mariya əsl peşəkarlıq nümayiş etdirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Amerika Kubokunda Çili ilə matçdan öncə ulduz futbolçunun nənəsi vəfat etməsinə baxmayaraq, o, bunu heç kimə demədən meydana çıxıb.

 

80 dəqiqə oyunda qalan 28 yaşlı yarımmüdafiəçi hətta hesabı açaraq, komandasının qələbəsində (2:1) böyük rol oynayıb.

 

Di Mariya görüşdən sonra turnirin rəsmi saytına açıqlamasında bu məlumatı verib: “Nənəmin öldüyünü heç kimə demədim. Çünki bu, komandanın konsentrasiyasını poza bilərdi. Bu zaman mənim də fikrim başqa yerdə olacaqdı”.