Azərbaycanlı futbolçu Budaq Nəsirovun formasını geyindiyi “Sportinq”in ikinci komandası Portuqaliyanın Sequnda liqasında növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Lissabon təmsilçisi XXIII turda “Kovilya”nı qəbul edib.
Start heyətində meydana daxil olan Nəsirov 90 dəqiqəni əvəz edilmədən keçirib. Qarşılaşma isə 1:1 hesabı ilə nəticələnib. Meydan sahibləri 24-cü dəqiqədə Gelsonla önə keçsələr də, qonaqlar 61-ci dəqiqədə penalti qolu sayəsində “status-kvo”nu bərpa ediblər.
Qeyd edək ki, 23 turdan sonra aktivində 26 xal olan “Sportinq B” 22 komanda arasında 18-ci pillədə qərarlaşır.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı