[b]Nəsirov izlədi, komandası sevindi[/b]
06.08.2017 - 21:58
[b]Nəsirov izlədi, komandası sevindi[/b]

Futbol üzrə Portuqaliya Sequnda Liqada 2017/18 mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası “Sportinq B” də ilk matçına çıxıb.

 

“Zolaqlılar” açılış matçında “Sportinq Kovilya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.

 

Nəsirov bu matçın iştirakçısı olmayıb. O, qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.