[b]Neymar gəldi, Ben-Arfa gedir[/b]
08.08.2017 - 15:51
[b]Neymar gəldi, Ben-Arfa gedir[/b]

PSJ-nin futbolçusu Hatem Ben-Arfa komandadan ayrılmaq qərarına gəlib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı futbolçu sabiq klubu “Nitsa”ya qayıtmaq niyyətindədi.

 

Parislilər də onunla yolları ayırmağa qarşı deyillər. Ben-Arfanın “Nitsa”ya icarə əsasında keçməsi variantı nəzərdən keçirilir. Onun transfer hüququnun birdəfəlik satılması da istisna edilmir.

 

Ben-Arfa braziliyalı hücumçu Neymarın gəlişindən sonra PSJ-də ehtiyatda qalmaqdan çəkinir. Bu səbəbdən o, komandasını dəyişmək fikrinə düşüb.

 

Qeyd edək ki, Fransa yığmasının üzvünün adı “Fənərbaxça” ilə də birgə hallanır.