[b]Neymar oynamaq istədiyi klubun adını açıqladı[/b]
29.12.2016 - 15:20
[b]Neymar oynamaq istədiyi klubun adını açıqladı[/b]

“Barselona”nın braziliyalı futbolçusu Neymar gələcəkdə oynamaq istədiyi klubun adını açıqlayıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 24 yaşlı hücumçu “Flamenqo”da çıxış etmək arzusundadı.

 

“Sambaçı” açıqlamasında “Marakana” stadionunda çıxış etmək istəyini də dilə gətirib: “Alınsa, gələcəkdə “Flamenqo”nun formasını geyinmək istərdim. “Marakana” stadionunda oyun keçirmək mənim üçün şərəf olardı. Orda günlərlə oynayardım. “Flamenqo” çıxış etmək istədiyim klubdu”.

 

Qeyd edək ki, “Santos”un yetirməsi olan Neymar 2013-cü ildən “Barselona”nın uğurları üçün çalışır.