[b]Neymarın 222 milyon avroluq rekordunu kim yeniləyəcək?[/b]
17.10.2017 - 12:05
“Real” “Tottenhem”in hücumçusu Harri Keyndən əl çəkmir. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, ispanların israrını görən London təmsilçisi forvardını satmağa razılıq verib.
Ancaq Premyer Liqa klubu bu keçid müqabilində qarşı tərəfdən nə az, nə çox, düz 225 milyon avro tələb edib. “Tottenhem” rəhbərliyi qol “maşını”nı yalnız bu qiymətə sata biləcəyini vurğulayıb.
Əgər “Real” qarşı tərəfin tələbini qəbul etsə, mövsümün sonunda yeni transfer rekordu qeydə alınacaq. Hazırda rekord bu yay “Barselona”dan PSJ-yə 222 milyon avroya keçən Neymara məxsusdu.
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
0
0