“Barselona”nın hücumçusu Neymar maraqlı açıqlamalarla diqqət mərkəzinə gəlib. Apasport.az saytının məlumatına görə, CNN kanalına müsahibə verən braziliyalı oyunçu “Real”da çıxış edən hansı futbolçunu “Barselona”da görmək istədiyini deyib.
“Marselonun “Barsa”da çıxış etməsini istəyərəm. Çünki o mənim dostumdu və yaxşı anlaşırıq” – deyə bildirən 24 yaşlı hücumçu əzəli rəqiblərinin hücum xətti haqqında da yaxşı fikirlər səsləndirib: “Madridlilərin hücum xətti də möhtəşəmdi. Ronaldo haqqında danışmağa dəyməz, onun bir neçə “Qızıl top”u var, Beyl möhtəşəm oyunçudu, Benzema isə mənim üçün əsl dünya ulduzudur”.