[b]Neymarın taleyinə aydınlıq gəldi: 5 illik müqavilə[/b]
30.06.2016 - 16:50
[b]Neymarın taleyinə aydınlıq gəldi: 5 illik müqavilə[/b]

“Barselona”nın hücumçusu Neymarın karyerasını hansı komandada davam etdirəcəyi müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, bunu Kataloniya klubunun prezidenti Xosep Mariya Bartomeu açıqlayıb.

 

Yerli mətbuata danışan prezident PSJ-nin maraq dairəsində olan braziliyalı futbolçunun komanda ilə yeni müqavilə imzalayacağını söyləyib: “Neymarla yeni müqavilə məsələsini razılaşdırdıq. Nə biz onun getməsini istəyirik, nə də o burdan ayrılmaq. Futbolçu “Barsa”da xoşbəxt olduğunu deyib. Neymar yaxın günlərdə klubumuzla yeni 5 illik müqavilə imzalayacaq”.

 

Qeyd edək ki, hazırkı anlaşması 2018-ci ilin yayına qədər olan Neymar yeni müqavilə bağladıqdan sonra “Barselona”da Lionel Messidən sonra ən çox maaş alan futbolçu olacaq.