[b]Nizami Hacıyevin durumuna aydınlıq gəldi[/b]
31.03.2016 - 17:32
[b]Nizami Hacıyevin durumuna aydınlıq gəldi[/b]

“İnter”in kapitanı Nizami Hacıyevin zədəsinin durumuna aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, zədəsini sağaldaraq, Topaz Premyer Liqasının XXVII turunda “Neftçi” ilə qarşılaşmanın ikinci hissəsində meydana çıxan yarımmüdafiəçinin dönüşü uğursuz alınıb. Cəmi 10 dəqiqə sonra əzələsi dartılan futbolçu əvəzlənmək məcburiyyətində qalmışdı.

 

Bu gün Maqnit Rezonans Tomoqrafiyasından (MRT) keçən Hacıyevin əzələsində 10-12 sm dartılma aşkarlanıb. Əvvəlki zədəsini təzələyən 28 yaşlı oyunçu terapiyadan keçəcək. Bu məqsədlə o, bu gün Gürcüstana yola düşüb. Həkimlər yığmamızın sabiq üzvünün 2 həftə sonra komandaya qoşula biləcəyini bildiriblər.

 

Qeyd edək ki, Nizami Hacıyev bu mövsüm Topaz Premyer Liqasında 22 oyun keçirib, 5 qola imza atıb.