[b]Norveç yığmasının heyətində dəyişiklik edildi[/b]
05.10.2016 - 14:24
[b]Norveç yığmasının heyətində dəyişiklik edildi[/b]

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bu həftə millimizlə qarşılaşacaq Norveç yığması oyuna itki ilə çıxacaq. Apasport.az saytının yerli mətbuata istinadən verdiyi məlumata görə, skandinaviyalıların aparıcı futbolçularından olan Hovard Nordveyt sıradan çıxıb.  

 

Bununla bağlı futbolçu özü şəxsi tvitter hesabında məlumat yayıb. O bildirib ki, seçmə mərhələnin Azərbaycan və San-Marino ilə qarşıdakı 2 oyununu zədə üzündən buraxacaq.  

 

“Vest Hem”in müdafiəçisinin əvəzinə yığmaya Ruben Qabrielsen çağırılıb.  

 

Qeyd edək ki, oktyabrın 8-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Norveç görüşü saat 20:00-da start götürəcək.