[b]Norveçin millimizlə oyuna çıxaracağı heyət açıqlandı[/b]
05.10.2016 - 12:15
[b]Norveçin millimizlə oyuna çıxaracağı heyət açıqlandı[/b]

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizlə qarşılaşacaq Norveç yığmasının ehtimal olunan heyəti müəyyənləşib. Apasport.az saytı Norveç mətbuatına istinadən xəbər verir ki, rəqib Bakı Olimpiya Stadionuna 1 nominal hücumçu ilə çıxacaq.

 

Belə ki, Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo Azərbaycanla oyunda 4-5-1 taktiki sxeminə üstünlük verəcək.

 

Həmkarlarımızın fikrincə, qapını “Herta”nın formasını geyinən Rune Yarsteyn qoruyacaq. Müdafiədə Yonas Svensson, Even Hovland, Stefan Strandberq və Haytam Aleesaminin yer alacağı gözlənilir.

 

Norveçlilərin heyətində ən müəmmalı mövqe yarımmüdafiə xəttidi. Hoqmonun orta xətdəki 5 yerə 9 namizədi var. Dayaq yarımmüdafiəçisi ampluasında Aleksander Tetti çıxış edəcək. Mərkəzdə onun yanaşı, kapitan Per Silyan Şelbred və Stefan Yohansen yer alacaq. Yarımmüdafiənin sağ cinahında Co Berqet və Adama Diomande ilə müqayisədə “Olimpiakos”un futbolçusu Tarik Elyunussinin çıxış etmək şansı daha yüksəkdi. Əks cinahda isə çox güman ki, Markus Henriksen meydana çıxacaq.

 

Hücumun sivri ucunda, yəni mərkəz hücumçusu mövqeyində isə “Bornmut”un forvardı Coşua Kinq çıxış edəcək.

 

Qeyd edək ki, oktyabrın 8-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Norveç qarşılaşması saat 20:00-da start götürəcək. 

 

0