“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Çelsi”də Nqolo Kantenin durumuna aydınlıq gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu bir müddət komandasına kömək edə bilməyəcək.
DÇ-2018-in seçmə mərhələsində Bolqarıstanla səfər matçının 34-cü dəqiqəsində arxa bud əzələsindən zədələnərək əvəzlənən 26 yaşlı yarımmüdafiəçinin 3 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Bu isə o deməkdi ki, Kante Premyer Liqada “Kristal Pelas”, “Uotford” və “Bornmut”la, həmçinin Çempionlar Liqasının qrup mərhələsində “Roma” ilə qarşıdakı görüşü buraxacaq. Onun İtaliya təmsilçisi ilə oktyabrın 31-də baş tutacaq IV tur matçında iştirakı isə sual altındadı.
Qeyd edək ki, “Çelsi” ÇL-in V turu çərçivəsində noyabrın 22-də “Qarabağ”ın qonağı olacaq.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"