[b]Odina Bayramova darmadağına üzüldü[/b]
07.11.2016 - 09:20
Qadın voleybolçular arasında İtaliya A seriyasında IV turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Odina Bayramovanın şərəfini qoruduğu “Firenze” “Montsa”nı qəbul edib.
Qarşılaşma qonaqların darmadağını ilə yekunlaşıb. Florensiya klubu evdə 1 set belə qazana bilməyib – 0:3 (23:25, 29:31, 22:25). Bayramova matçda 9 xal toplayıb.
“Firenze” V turda “Novara”nın qonağı olacaq.
Qeyd edək ki, “Firenze” uduzsa da, 9-cu pillədə qalib. Onların aktivində 3 xalı var.
0
0