Qadın voleybolçular arasında İtaliya A seriyasında V turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Odina Bayramovanın şərəfini qoruduğu “Firenze” “Novara”nın qonağı olub.
Qarşılaşma təmsilçimizin komandası üçün uğurlu alınıb. İtaliya çempionatının daimi liderlərindən olan “Novara” hesabda önə çıxsa da, yekunda tay-brekdə uduzub – 2:3 (21:25, 26:24, 25:14, 20:25, 10:15). Bu isə “Firenze”nin mövsümdə ikinci qələbəsi olub.
Matçda əvəzetmələrlə oynayan Odina komandasının aktivinə 2 xal yazdırıb.
“Firenze” VI turda “Boltsano”nun qonağı olacaq.
Qeyd edək ki, “Firenze” qalib gəlsə də, 9-cu pillədə qalib. Onların aktivində 5 xalı var.