[b]Ölən atasının yerinə keçdi[/b]
18.02.2017 - 17:23
[b]Ölən atasının yerinə keçdi[/b]

Türkiyə klubu “Gənclərbirliyi”də yeni prezident müəyyənləşib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, bu gün Superliqa təmsilçisinin İdarə Heyəti bir araya gələrək, növbədənkənar iclas keçirib.

 

Buna səbəb sabiq prezident İlhan Cavcavın vəfatından sonra bu postun boş qalması idi. Maraqlıdı ki, klubun yeni prezidenti İlhan Cavcavın oğlu Murat Cavcav seçilib. O, 874 mümkün səsdən 709-nu toplayaraq, atasının kreslosunda oturmaq haqqı qazanıb.

 

Qeyd edək ki, İlhan Cavcav ardıcıl 37 il “Gənclərbirliyi”nin prezidenti olub.