[b]Ölkə prezidentindən milli üzvlərinə şərəf ordeni[/b]
12.07.2016 - 00:06
[b]Ölkə prezidentindən milli üzvlərinə şərəf ordeni[/b]

Portuqaliyanın prezidenti Marselu Rebelu de Souza AÇ-2016-nı çempion kimi başa vuran bu ölkənin milli komandasının üzvlərini qəbul edib. Apasport.az saytının məlumatına görə, millini prezident sarayında qəbul edən de Souza, futbolçulara Avropa çempionatındakı gözəl mübarizəyə görə təşəkkür edib.

 

Ardınca, Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo prezidentə Avropa çempionatının kubokunu təqdim edib.

 

De Souza millinin üzvlərini "Şərəf" ordeniylə təltif edib.