[b]Ömər Paşayev Belarusun oyununa təyinat aldı[/b]
05.06.2017 - 16:07
Azərbaycanlı FİFA referisi Ömər Paşayev ilk təyinatını alıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, o, 21 yaşadək futbolçulardan ibarət komandaların oyununu idarə edəcək.
Belə ki, Paşayev Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 7-də Minskdə baş tutacaq Belarus – San Marino qarşılaşmasında ədalət təmsilçisi olacaq.
Ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. Qarşılaşmada 4-cü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.
0
0