[b]Ömər Paşayevə yeni təyinat[/b]
04.09.2017 - 17:04
Azərbaycanlı FİFA referisi Ömər Paşayev yeni təyinat alıb. Apasport.az saytı xəbər verir ki, beynəlxalq dərəcəli hakimimiz 21 yaşadək futbolçular arasında AÇ-2019-un seçmə mərhələsi çərçivəsində keçiriləcək İsveç - Kipr qarşılaşmasını idarə edəcək.
Ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Rauf Cabbarov yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 5-də İsveçin Falkenberq şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 20:45-də start götürəcək.
0
0