Avropa Liqasının qrup mərhələsinin son turunda “Fiorentina” (İtaliya) ilə qarşılaşacaq Azərbaycan çempionu “Qarabağ” qitə kuboklarında tarix yazmağın astanasındadı. Apasport.az saytının məlumatına görə, mərhələ adlayıb, 1/16 finala yüksəlmək imkanına malik Ağdam təmsilçisi bunu bacarsa, ilk Azərbaycan klubu olacaq.
Lakin ölkəmiz üçün yazıla biləcək bu tarixi bir çox ölkələr çoxdan yazıb. Bəziləri üçün isə artıq sıradan bir hala çevrilib.
2009/10 mövsümündən indiki formatda keçirilən Avropa Liqasının arxada qalan 7 turnirinə, həmçinin hazırkı duruma baxıb, müəyyən məqamlar aydınlaşdırmaq olar. Qitənin ikinci dərəcəli klub turnirində hər mövsüm 32 komandanın mübarizə apardığı 1/16 finala 24 klub Avropa Liqasından, 8-i Çempionlar Liqasından gəlir. Bu yeddi “32-lik” və cari mövsüm 1/16 finalda oynayacaq 14 klub ümumilikdə 238 vəsiqə deməkdi.
Yəni, indiki formatda 238 1/16 finalçı olub. Bunlar Avropanın 25 ölkəsini təmsil edir. Cari mövsümədək 24 ölkə 1/16 finalda təmsil olunmuşdu. Artıq bu raunda vəsiqəni təmin edən APOEL Kipri 25-ci edib. Yəni, onlar da bizim yazmağa hazırlaşdığımız tarixi artıq vərəqləyiblər. Avrokuboklarda iştirak edən 54 ölkədən (Kosovo gələn mövsüm debüt edəcək) yalnız 25-i “32-lik”də təmsil olunub.
Bu isə o deməkdi ki, “Qarabağ”ın yazacağı tarixlə qitədə 26-cı adını qazanacağıq. Bolqarıstan, Sloveniya, Norveç və Kipr kimi ölkəmiz də yalnız bir 1/16 finalçıya malik olacaq. Belarus, İsrail, Şotlandiya isə daha çox – 2 dəfə bu tarixi yazıblar da, təkrarlayıblar da.
Avropa Liqasının 1/16 finallarının rekordu İspaniyaya malikdi. Onlar artıq 22 dəfə bu mərhələdə iştirak edib. İtaliya və Almaniya 21, İngiltərə 20 dəfə bunu bacarıb.
Avropa Liqasının 1/16 finalçıları ölkələr üzrə
|
Ölkə |
2010 |
2011 |
2012 |
2013 |
2014 |
2015 |
2016 |
2017 |
Cəmi |
|
İspaniya |
4 |
2 |
3 |
2 |
3 |
3 |
4 |
1 |
22 |
|
İtalya |
2 |
1 |
2 |
3 |
4 |
5 |
3 |
1 |
21 |
|
Almaniya |
4 |
2 |
2 |
4 |
1 |
2 |
4 |
2 |
21 |
|
İngiltərə |
3 |
2 |
3 |
4 |
2 |
3 |
3 |
- |
20 |
|
Rusiya |
1 |
4 |
2 |
3 |
2 |
2 |
2 |
2 |
18 |
|
Hollandiya |
3 |
3 |
4 |
1 |
2 |
3 |
- |
1 |
17 |
|
Portuqaliya |
2 |
4 |
3 |
1 |
2 |
1 |
3 |
- |
16 |
|
Ukrayna |
1 |
2 |
1 |
3 |
4 |
2 |
1 |
1 |
15 |
|
Belçika |
3 |
1 |
3 |
1 |
1 |
2 |
1 |
2 |
14 |
|
Türkiyə |
2 |
1 |
2 |
1 |
1 |
2 |
2 |
- |
11 |
|
Fransa |
2 |
2 |
- |
2 |
1 |
1 |
2 |
1 |
11 |
|
Yunanıstan |
1 |
2 |
2 |
1 |
1 |
1 |
1 |
1 |
10 |
|
Çexiya |
- |
1 |
1 |
2 |
2 |
- |
1 |
1 |
8 |
|
İsveçrə |
- |
2 |
- |
1 |
1 |
1 |
2 |
- |
7 |
|
Avstriya |
1 |
- |
1 |
- |
1 |
1 |
1 |
- |
5 |
|
Rumıniya |
1 |
- |
1 |
2 |
- |
- |
- |
- |
4 |
|
Polşa |
- |
1 |
2 |
- |
- |
1 |
- |
- |
4 |
|
Danimarka |
1 |
- |
- |
- |
1 |
1 |
1 |
- |
4 |
|
Belarus |
- |
1 |
- |
1 |
- |
- |
- |
- |
2 |
|
İsrail |
1 |
- |
- |
- |
1 |
- |
- |
- |
2 |
|
Şotlaniya |
- |
1 |
- |
- |
- |
1 |
- |
- |
2 |
|
Bolqarıstan |
- |
- |
- |
- |
1 |
- |
- |
- |
1 |
|
Sloveniya |
- |
- |
- |
- |
1 |
- |
- |
- |
1 |
|
Norveç |
- |
- |
- |
- |
- |
- |
1 |
- |
1 |
|
Kipr |
- |
- |
- |
- |
- |
- |
- |
1 |
1 |
|
Cəmi |
32 |
32 |
32 |
32 |
32 |
32 |
32 |
14 |
238 |
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı