21 yaşadək futbolçulardan ibarət yığma komandamızın sabiq qapıçısı Orxan Sadıqlı “Xəzər Lənkəran”a qayıdıb. Bu məlumatı apasport.az saytına 23 yaşlı qolkiper özü verib.
Qış fasiləsində cənub klubu ilə yollarını ayıran Sadıqlı bir neçə gün əvvəl “Rəvan”a qoşulmuşdu. O, paytaxt klubu ilə anlaşsa da, bu keçid baş tutmayıb.
Sadıqlı “Xəzər Lənkəran”a qayıtmağının səbəbini belə izah edib: “Hazırda yoldayam, Lənkərana gedirəm. “Xəzər Lənkəran”dan zəng vurub, məni yenidən komandaya çağırdılar. Doğma klubum olduğu üçün bu istəyi geri çevirə bilməzdim. “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov da sağ olsun, məni başa düşdü. Yeni müqavilənin müddətini hələ bilmirəm. Çünki bunu bazaya çatdıqdan sonra biləcəm”.
Qeyd edək ki, Orxan Sadıqlı cari mövsümün ilk yarısında Premyer Liqada “Xəzər Lənkəran”ın 18 oyununda da çərçivəni qoruyub və qapısından 24 top buraxıb.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"