[b]PAOK Bakıya itkilərlə gəlir[/b]
19.10.2016 - 10:07
[b]PAOK Bakıya itkilərlə gəlir[/b]

Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu həftə “Qarabağ”ın qonağı olacaq PAOK Yunanıstandakı hazırlığını başa çatdırıb. Apasport.az saytının məlumatına görə, Saloniki təmsilçisi bu gün Bakıya gələcək.

 

Yunanlar ölkəmizə 2 aparıcı futbolçusunu gətirməyəcək. Söhbət Dimitris Pelkas və Georgios Tzavellasdan gedir. Buna səbəb hər iki oyunçunun zədəli olmasıdı.

 

Tibbi müayinədən sonra Tzavellasın 15 gün yaşıl meydanlardan uzaq qalacağı dəqiqləşib. Onunla yanaşı, Pelkasın da “Qarabağ”a qarşı oynamayacağı müəyyənləşib. Nəticədə məşqçilər korpusu bu futbolçuları Bakıya gətirməməyə qərar veriblər.

 

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – PAOK matçı saat 21:00-da start götürəcək.