[b]PAOK Bakıya yeni prezidentlə gəlir[/b]
17.10.2016 - 14:51
[b]PAOK Bakıya yeni prezidentlə gəlir[/b]

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi PAOK-da növbədənkənar iclas keçirilib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, İdarə Heyətinin iclasında yeni prezident seçilib.

 

Klubun həm sahibi, həm də prezidenti olan İvan Savvidis ikinci vəzifəsindən getmək qərarına gəldiyini açıqlayıb. O, prezident postuna oğlu Corc Savvidisi məsləhət görüb. İdarə Heyətinin də qərarı ilə Corc Savvidis kluba prezident seçilib.

 

Qeyd edək ki, Corc Savvidisin prezident kimi debütü “Qarabağ”la oyuna təsadüf edəcək. Onun komandası oktyabrın 20-də qrupun III turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan çempionunun qonağı olacaq.