[b]Paşayev və komandası “Dinamo” qarşısında dayana bilmədi[/b]
11.09.2017 - 00:00
Ukrayna Premyer Liqasında VIII turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə Kiyev “Dinamo”su ilə üz-üzə gəlib. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmaya start heyətində başlayan Pavel 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, 8 oyundan sonra cəmi 4 xalı olan “Aleksandriya” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
- Bu günün futbol matçları – Hansı oyun hansı kanalda?
0
0