[b]Paşayevə qarşı kobudluq “Neftçi”yə baha başa gəldi[/b]
19.02.2017 - 14:08
Futbol üzrə milli komandamızın üzvü Pavel Paşayevin şərəfini qoruduğu “Stal” Türkiyə hazırlığı çərçivəsində son hazırlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Kamiensk təmsilçisinin rəqibi Özbəkistan “Neftçi”si olub.
Görüş 2:2 hesablı bərabərliklə başa çatıb. Milli üzvü start heyətində başladığı oyunu əvəzolunmadan keçirib.
Klubun rəsmi saytında yer alan matçın gedişi haqqında reportajda maraqlı bir məqam yer alıb. Belə ki, Fərqanə təmsilçisinin üzvü Hasanbayev görüşün 54-cü dəqiqəsində həmyerlimizə qarşı kobud oynadığına görə meydandan qovulub.
0
0