[b]Patris Evra Fransaya qayıtdı - FOTO[/b]
26.01.2017 - 09:59
“Yuventus”un müdafiəçisi Patris Evra vətəninə qayıdıb. Apasport.az saytı xəbər verir ki, 36 yaşlı futbolçu "Marsel” klubu ilə anlaşıb.
Yeni rəhbərliyin gəlişindən sonra heyəti gücləndirməyə başlayan “Marsel” Fransa millisinin üzvünün keçidini artıq rəsmiləşdirib. Anlaşmaya əsasən, Evra qarşıdakı 1,5 ili bu klubda keçirəcək. Futbolçu karyerasını da məhz burda bitirəcəyini istisna etməyib.
Qeyd edək ki, 1998-99 mövsümündə ilk peşəkar klubu “Marsala” olan Patris Evra ardınca “Monza”, “Nitsa”, “Monako”, “Mançester Yunayted” və “Yuventus”da da çıxış edib.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0