[b]Pavel Kapsa Polşa klubuna keçdi[/b]
02.02.2016 - 10:26
[b]Pavel Kapsa Polşa klubuna keçdi[/b]

Ötən il “Xəzər Lənkəran”a keçidi baş tutmayan Pavel Kapsanın klubsuz günləri başa çatıb. Apasport.az saytı Polşa mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı qapıçı karyerasını vətənində davam etdirəcək.

 

Belə ki, Kapsa Polşanın II liqasında çıxış edən “Leqnitsa” klubu ilə anlaşıb. Qolkiper tibbi müayinədən uğurla keçdikdən sonra 1 il 6 aylıq müqaviləyə qol çəkib.

 

Karyerası ərzində “Visla”, “Vidzev”, “Lexia”, “Alki” və “Olimpiakos” (Nikosiya) klublarının formasını geyinmiş Kapsa 2013-2015-ci illərdə “Simurq”un uğurları üçün çalışıb. Ardınca “Xəzər Lənkəran”ın düşərgəsinə qoşulsa da, FİFA tərəfindən kluba tətbiq olunan transfer qadağasına görə, keçidi baş tutmayıb.