“Neftçi” və “İnter” Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununa ciddi itki ilə çıxacaq. Apasport.az saytının məlumatına görə, buna paytaxt təmsilçilərinin aparıcı futbolçularının cəzalı duruma düşməsi səbəb olub.
Belə ki, 1/4 final mərhələsinin cavab oyunlarından sonra hər komandanın bir üzvü cəzalı duruma düşüb. Bunlar “Neftçi”nin paraqvaylı yarımmüdafiəçisi Erik Ramos və onun “İnter”dəki həmyerlisi Sezar Meza Kollidi.
Ramos 1/4 finalın “Xəzər Lənkəran”la hər iki matçında sarı vərəqə aldığı üçün yarımfinalın “Qəbələ” ilə aprelin 27-dəki ev matçını buraxacaq. Sezar da hər iki vərəqəsini 1/4 finalda alıb. “Rəvan”la matçlarda cəzalanan futbolçu “Qarabağ”la ev qarşılaşmasında komandasına kömək edə bilməyəcək.
- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib