[b]Paytaxt klubundan yeni rekord[/b]
14.03.2017 - 10:01
[b]Paytaxt klubundan yeni rekord[/b]

“Çelsi” klub tarixində yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, londonlular buna İngiltərə Federasiya Kubokunun 1/4 final mərhələsində “Mançester Yunayted”lə keçirilən görüşdə nail olublar.

 

Belə ki, Nqolo Kantenin yeganə qolu sayəsində yarımfinala adlayan “zadəganlar” bütün turnirlərdə öz meydanlarında keçirdikləri ardıcıl 13-cü qələbələrini qazanıblar. Bunun 8-də quru hesabla qalib gələn paytaxt təmsilçisi həmin 13 matçda 39 qol vurub, qapısında 6 top görüb. “Çelsi” “Stemford Bric”də son məğlubiyyətini ötən il sentyabrın 16-da Premyer Liqada “Liverpul”la (1:2) görüşdə alıb.

 

Qeyd edək ki, “Çelsi” İngiltərə Federasiya Kubokunun yarımfinal mərhələsində “Tottenhem”lə qarşılaşacaq. Digər cütlükdə isə “Arsenal”la “Mançester Siti” üz-üzə gələcək. Bu mərhələnin oyunları aprelin 22-23-də keçiriləcək.