[b]Paytaxt klubunun qazancı bəlli oldu[/b]
06.05.2017 - 17:41
[b]Paytaxt klubunun qazancı bəlli oldu[/b]

İspaniyanın “Real” klubunun texniki sponsordan əldə etdiyi qazanc bəlli olub. Apasport.az saytının məlumatına görə, məşhur “Adidas” şirkəti ilə əməkdaşlıq müqaviləsi Madrid təmsilçisinə 1 milyard avro qazanc gətirməlidi.

 

2015-ci ildə imzalanan anlaşmaya görə sponsor 10 illik müqavilə üzrə hər il 100 milyon avro ödəyir. Bunun 70 milyonu nağd ödənişlə həyata keçirilirsə, yerdə qalan məbləğ atribut satışından gerçəkləşir.

 

Anlaşmada “Real”ın uğurları da nəzərə alınıb. Hər ölkə çempionluğu 2020-ci ilədək 2,5, sonra isə 3,5 milyonla ölçülür. Yəni şirkət bu uğurlar üçün kluba əlavə pul ödəməlidi. Əvəzində “Adidas” “Real”ın çempionlar paradını, həmçinin bu tip digər tədbirlər keçirmək hüququna yiyələnib.