“Karyeramı hansı klubda davam etdirəcəyimi müəyyənləşdirməmişəm. Hansı addımı atacağımı hələ bilmirəm”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Madrid “Real”ının müdafiəçisi Pepe deyib.
İspaniya mətbuatına açıqlama verən təcrübəli futbolçu gələcək karyerası haqda danışıb.
O, mövsümün sonunda verəcəyi qərarı hələ müəyyənləşdirmədiyini bildirib: “Hadisələrin necə cərəyan edəcəyini ancaq Allah bilir. “Real”la müqaviləmin müddəti iyunun 30-da başa çatacaq. Hazırda bütün diqqətimi öz oyunuma yönəltmişəm. İştirak etdiyimiz bütün turnirlərdə qalib olmaq istəyirik. Buna nail olmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, 2007-ci ildən “Real”ın formasını geyinən Pepe hazırkı komandasının heyətində ümumilikdə 334 oyunda 15 qola imza atıb.