PSJ ilə anlaşan Pepe “Real”dan ayrılmasının səbəblərini açıqlayıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı müdafiəçi bir müddətdi ona qarşı olan münasibətdən narazılığını bildirib.
34 yaşlı futbolçu Madrid təmsilçisində qalmamasını klubla əlaqələndirib: “Bundan sonra “Real”ın formasını geyinməyəcəm. Komandanın uğurları üçün “döyüşdüyümü” qürurla deyə bilərəm. Hələ yanvar ayında işlərin qaydasında getmədiyini hiss etmişdim. Klub mənə heç də ürəkaçan olmayan yeni müqavilə təklif etdi. Bu, onların siyasətidi: 33 yaşdan yuxarı oyunçulara 1 ildən artıq müqavilə təklif etmirlər. Sevinirəm ki, azarkeşlər məni sevirlər və bu, hər şeyə dəyər. Nə klub prezidenti Florentino Pereslə, nə də başqa biri ilə problemim olub. Sadəcə, bu mərhələ mənim üçün başa çatdı”.
Jurnalistin “Zinəddin Zidan, yoxsa Rafael Benites” sulına cavabında Pepe komandanın hazırkı çalışdırıcısının ünvanına “daş atıb”: “Benitesin səmimiliyi mənim çox xoşuma gəldi. O, daha dürüst və sadə insandı. Düzdü, Zidan “Real”a uğurlar qazandırdı. Ancaq bəzi şeyləri başa düşmədim. Məsələn, niyə məni komandadan uzaqlaşdırdı?”
Qeyd edək ki, Pepe “Real”a 2007-ci ildə “Porto”dan keçib. O, 10 il ərzində “kral klubu”nun heyətində 334 matçda iştirak edib, 15 qola imza atıb.