[b]Pesallinin het-triki[/b]
14.12.2016 - 10:25
[b]Pesallinin het-triki[/b]

Azərbaycan kubokunun bombardirləri siyahısında dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, 1/4 final mərhələsinin ilk oyunlarından sonra turnirin ən məhsuldar futbolçuları siyahısında üçə çatıb.

 

Belə ki, hərəyə 3 qol vuran üç oyunçu digərlərini arxada qoyub. Bunlardan biri – Jonas Pesalli “Zirə” ilə dünənki qarşılaşmada het-trikə imza atması sayəsində zirvəyə şərik olub.

 

Digər iki bombardir isə 1/8 final mərhələsində dubl müəllifi olub, son matçında daha bir dəfə fərqlənənlərdi. Bunlar “Qarabağ”ın afrikalı legioneri Dino Ndlovu və “İnter”li Rauf Əliyevdi.