“İnter” daha bir sabiq futbolçusu Petar Zlatinovu geri qaytarmaq üzrədi. Apasport.az saytının məlumatına görə, bu barədə 34 yaşlı futbolçu özü məlumat verib.
Bolqarıstan mətbuatına açıqlama verən veteran oyunçu Bakıya gəlməyə hazırlaşdığını bildirib: “İnter”in Avropa Liqasında I təsnifat mərhələsini adladığını bilirəm. Bu komandanı yaxından izləyirəm. Ora qayıtmaq ehtimalım var. Tezliklə Bakıya gedib “İnter” rəhbərliyi ilə görüşəcəm. Yenidən bu komandanın formasını geyinmək heç də pis olmazdı”.
Qeyd edək ki, Petar Zlatinov 2008-2013-cü illərdə “İnter”in formasını geyinib. O, geridə qalan iki ildə ölkəsinin “Liteks” və “Çerno More” klublarında çıxış edib.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı