“Azərbaycan üzərində qələbə komandamızda öz qüvvəsinə inam yaratmalıdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstan futbolunun veteranı Mixail Qurman deyib.
Qazaxıstanın Peşəkar Futbol Liqasının sabiq prezidenti ölkəsinin millisinin yoxlama oyunları barədə müsahibə verib. Bu gün Gürcüstana qarşı keçiriləcək matçdan danışan Qurman martın 26-da baş tutan Qazaxıstan – Azərbaycan oyununun nəticəsinin əhəmiyyətini (1:0) qeyd edib. O, iki rəqib arasında müqayisə də aparıb: “Amma özündənrazılıq üçün də əsas yoxdu. Bu gün qarşılaşacağımız Gürcüstan yığması daha ciddi rəqibdi. Nəinki, şənbə günü görüşdüyümüz Azərbaycan millisi. Tiflisdəki müsbət nəticə yığma oyunçularına və yerli məşqçiləri inamı daha da artıra bilər. Bu da ki, sentyabrda başlayacaq seçmə mərhələ öncəsi vacibdi”.
Qeyd edək ki, Qurman 1975-79-cu illərdə Qazaxıstanın ən güclü klubu olan “Kayrat”ın şərəfini qoruyub.