“Yuventus”un futbolçusu Pol Poqba İngiltərəyə köçməyə çox yaxındı. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi “Mançester Yunayted”ə keçmək üzrədi.
Məlumatda qeyd edilib ki, 23 yaşlı oyunçunun sabiq komandası ilə danışıqları müsbət nəticələnib. O, ingilislərin illik 13 milyon avroluq maaş təklifinə razılıq verib.
“Mançester Yunayted” rəhbərliyi Avropa çempionatından sonra “Yuventus”a rekord məbləğ – 120 milyon avro təklif edəcək. Əgər turinlilər buna “hə” cavabı versələr, Poqba dünya futbol tarixinin ən bahalı oyunçusu olacaq.
Qeyd edək ki, “Mançester Yunayted”in yetirməsi olan Pol Poqba 2012-ci ildə “Yuventus”a azad agent kimi keçmişdi.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"