AÇ-2016-nın qalibi adını qazanan Portuqaliya millisi gələn ilin yayında Rusiyada keçiriləcək Konfederasiyalar Kubokuna vəsiqə əldə edən 7-ci komanda olub. Apasport.az saytının məlumatına görə, pireneylilər tarixində ilk dəfə bu yarışa qatılacaqlar.
Meydan sahibi, dünya və konfederasiya çempionlarının qatıldığı yarışda Rusiya, Almaniya, Çili, Avstraliya, Yeni Zelandiya, Meksika milliləri də mübarizə aparacaq.
Yarışın sonuncu iştirakçısı isə gələn il baş tutacaq Afrika Millətlər Kubokunun qalibi olacaq.
Qeyd edək ki, gələn il iyunun 17-dən iyulun 2-dək keçiriləcək yarışın oyunları Moskva, Sankt-Peterburq, Soçi və Kazanda oynanılacaq.