[b]Portuqaliya yığmamıza 10 cavabsız qol vurdu[/b]
03.11.2017 - 09:39
17 yaşadək futzalçı qızlardan ibarət Azərbaycan millisi 2018-ci ildə Argentinada keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarının təsnifat mərhələsində 2-ci oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Portuqaliyada keçirilən qrup mərhələsində meydan sahibləri ilə görüşüb.
Komandamız pireneylilər qarşısında aciz qalıb. Belə ki, Portuqaliya 10 cavabsız qolla qələbə qazanıb. İlk yarıda 4 top buraxan millimiz fasilədən sonra daha 6 qola üzülüb.
Qeyd edək ki, ilk oyunda İtaliyaya 0:2 hesabı ilə uduzan millimiz son turda Ukrayna ilə qarşılaşacaq.
0
0